31 iyul 2024 at 22:23
Jurnalist kodu: 5561
Xəbər kodu: 85555020
T T
0 Persons
Təbriz əhalisi Həniyyənin şəhadəti ilə bağlı etiraz aksiyası keçirdi

Təbriz - İRNA - Təbriz əhalisi sionist rejimin növbəti cinayət törətməsi nəticəsində İsmayıl Həniyyənin şəhidəti ilə bağlı bu şəhərin Saat meydanında etiraz aksiyası keçirib.

Qeyrətli və həmişə səhnədə olan təbrizlilər bədnam sionist rejimin həyasız cinayətindən sonra səssiz qalmadılar və yumruqlarını sıxaraq bu cinayətlərə qəzəblərini bildirdilər.

Qəhrəman və şəhid yetişdirən Təbriz əhalisi əllərində şəhid İsmayıl Həniyyənin təsviri, İran İslam Respublikası və Fələstinin bayraqları ilə bəzədilmiş plakatlar tutaraq, narahatlıq və qəzəblərini nümayiş etdirib və bu cinayəti törədənlərə qarşı ciddi tədbir görülməsini tələb ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .